“Mərkəzi Klinika” sığortaçı seçir

Prezidentin Xüsusi Tibb Xidmətinin tabeliyindəki “Mərkəzi Klinika” MMC əmlakının və 3-cü şəxslər qarşısında mülki məsuliyyətinin sığortalanması üzrə açıq tender elan edib. SİA xəbər verir ki, tenderdə iştirak haqqı 200 manat təşkil edir.

İddiaçılar ilkin sənədləri martın 16-sı, saat 17:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə martın 29-u, saat 17:00-a qədər klinikanın Bakı şəhəri, Parlament prospekti, 76 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə aprelin 9-da, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə