Azərbaycan və ABŞ Avropaya qaz tədarükünün artırılmasını müzakirə edib
Azərbaycan və ABŞ Cənub Qaz Dəhlizinin inkişafı, Avropaya qaz tədarükünün artırılması, “yaşıl enerji” ixracı, metan emissiyalarının azaldılmasını müzakirə edib. SİA xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Ağ Evdə ABŞ Prezidentinin xüsusi məsələlər üzrə köməkçisi, Milli Təhlükəsizlik Şurasının iqlim və enerji üzrə baş direktoru Sarah Ladislav ilə görüşdə Cənub Qaz Dəhlizinin inkişafı, Avropaya qaz tədarükünün artırılması, “yaşıl enerji” ixracı, metan emissiyalarının azaldılmasını müzakirə etdik”, - deyə bazir bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB