Ağdamda sement və beton qatqıların istehsalı müəssisəsi yaradılır
"Qreys.A." MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, şirkət Parka 6,5 milyonmanat investisiya yatıraraq sement və beton qatqıların istehsalı müəssisəsi yaradacaq.
"Müəssisədə 35 daimi iş yerinin yaradılması nəzərdə tutulur", - deyə o qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB