“Ən ucuz evlər: XIRDALAN, SARAY, QARADAĞ…” - EKSPERT AÇIQLADI
“Bildiyimiz kimi, torpaqların sayı məhduddur və ilbəil bunlara tələbat çoxalır. Tələbatın artması əhalinin artmasıyla birbaşa bağlıdır. Ən çox tələbat paytaxt Bakı, Gəncə, Sumqayıt böyük şəhərlərin ətrafında olan müxtəlif torpaqlarla bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.

Onun sözlərinə görə, evlərin qiyməti Bakı şəhərində son 3 il ərzində təxmini 30% artdığına görə, əhalinin mənzil alışında çətinliklər yaranır və əhali bir çox hallarda fərdi ev tikintisi üçün torpaq alışında maraqlı olurlar: “Əvvəlki illərə baxdıqda tələbat 2 dəfə çoxalıb və təəssüflər olsun ki, torpaq təklifləri azalır.
Bakı şəhərində ən bahalı torpaqlar, şəhərin mərkəzi hissələrinə yaxın olduqca formalaşır. Daha ucuz təkliflər şəhər ətrafı olan ərazilərdə olduqca çoxdur. Məsələn, əvvəlki illərdən daha çox torpaqların təklifləri, qiymətləri Abşeron ərazisində, Saray qəsəbəsi, Xırdalan şəhəri ətrafı, Qaradağ zonası, Türkan, Ləhic və Pirşağı bağları bu kimi ərazilərdə daha ucuz olur. Bura Sulutəpə ərazisini də əlavə etmək olar ki, burada da təkliflərin sayı olduqca çoxdur. Lakin tələbat formalaşdıqca həmin adını çəkdiyim ərazilərdə torpaqların sayı məhdudlaşıb. Məsələn, 1 sotu 5 mindən aşağı demək olar ki, Bakı şəhəri ətrafı ərazilərində tapmaq çətindir. Təbii ki, söhbət çıxarışla təmin olunmuş torpaqlardan gedir.
Bələdiyyə torpaqları hansılar ki, mülkiyyəti təsdiq olunmayıb dövlət tərəfindən, təəssüflər olsun bu kimi təkliflərin sayı daha çoxdur. Lakin qanunla bu kimi torpaqlarda ev tikintisinə yol verilmir deyə, son illər çıxarışla təmin olunmuş torpaqların qiyməti daha kəskin artıbdır.
2023-cü ilin oktyabrın 1-dən isə sənədi olmayan tikilmiş evlərə kommunikasiya çəkilməsi qanunla yol verilmir. Bu da son bir neçə ay ərzində, bu kimi torpaqların qiymətlərinə daha çox təsir etdi”.
Elnur Azadov sözlərinə belə davam edib: “Son bir il ərzində torpaqların qiymətinə təsir edən başqa amillər də var. Məsələn, keçən ilin Fevral ayında Türkiyədə baş vermiş zəlzələdən sonra bizim ölkədə də vətəndaşlarda fobiya yaranmışdı. Bir çoxları çoxmənzilli yeni binalardan evlərini satmaqla fərdi evlərin tikintisinə üz tutmuşdular. Həmin ərəfədə də fərdi evlərin də, torpaqların da qiyməti nisbətən artdı.
Ötən ilin yayı ərzində, daha doğrusu, Bakı şəhərində zəlzələ baş verdiyi dövrdə də həmçinin, fərdi evlərin və torpaqların qiymətində artımlar müşahidə olundu”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB