"Azərbaycan Beynəlxalq Bankı"na məxsus iki əmlak özəlləşdirilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin sərəncamındakı daşınmaz əmlakların satışı üzrə hərrac keçirib. Bu barədə SİA-ya Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, hərraca Banka məxsus bir qeyri-yaşayış binası və 7,2 sot torpaq sahəsi çıxarılıb. Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, 29 A ünvanında yerləşən qeyri-yaşayış binası 27 445 manata özəlləşdirilib. Şəki şəhəri, Mirzə Fətəli Axundov prospektində yerləşən torpaq sahəsi isə başlanğıc qiyməti 46 500 manat olsa da, 91 000 manata satılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB