"Bizə qarşı anti-Azərbaycan addımları atılıb, çağırışlar edilir" - ŞƏRH EDİLDİ
“Bu gün 9 ölkədə nüvə silahı mövcuddur. Həmin nüvə silahlarına yalnız qulluq etmək, texniki sazlıqda saxlamaq üçün dünya miqyasında 9 ölkə hər il 85 milyard dollar vəsait xərcləyir. Dünyada o qədər nüvə silahı var ki, onlar istifadə olunduğu təqdirdə Yer kürəsi 50 dəfə partlaya və toz şəklinə düşə bilər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Rüfət Quliyev deyib.
Deputat bildirib ki, tarixən hərbi inkişafı, istehsalını artıran ölkələr qısa müddət ərzində bir çox iqtisadi problemləri həll edə bilirlər: “Burada işsizlik, sosial problemlər yer alır. Almaniyada 10 min faizə qədər inflyasiya olmasına baxmayaraq, 1933-1936-cı illər aralığında iqtisadiyyat hərbi istehsalın artımı hesabına dirçəldi. Bu cür hallar çoxdur. Dünya dövlətləri məcbur qalıb hərbi xərcləri artırırlar. Azərbaycan da belə dövlətlərdəndir, çünki hər an bizə qarşı anti-Azərbaycan addımları atılıb, çağırışlar edilir.
Qeyd etmək lazımdır ki, ümumilikdə bütün dünyada, təxminən 20 ölkədə bu və ya digər formada müharibələr gedir. Bu müharibələrin sayı arta da bilər. Bu səbəbdən də nəqliyyat xərcləri artır, insan tələfatı çoxalır və sosial problemlər genişlənir. Müharibə iqtisadiyyat üçün böyük bir ziyandır. Bunun qarşısının alınmasının yeganə rolu isə BMT-nin rolunun gücləndirilməsidir. Çünki BMT hazırda verdiyi qərarları həyata keçirmir, onlar elə kağız üzərində də qalır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB