Qış mövsümündə diqqət edilməli məqamlar BUNLARDIR - DİQQƏT! - MÜTƏXƏSSİS DANIŞDI

Qış mövsümündə diqqət edilməli məqamlar BUNLARDIR - DİQQƏT! - MÜTƏXƏSSİS DANIŞDI

"Qış aylarında xəstəliklərin qarşısını almaq və sağlam olmaq üçün sağlam qidalanmaq lazımdır. Sağlam qidalanma dedikdə gün ərzində qəbul ediləcək qidaların kalorisi ilə istifadə edəcəyimiz enerjinin balanslı şəkildə olması nəzərdə tutulur. Eyni zamanda mütləq qəbul etdiyimiz qidaların tərkibi mənşəyi bəlli olan, keyfiyyətli və təbii qidalar olmalıdır". Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.

Mütəxəssis bildirib ki, ət və süd məsullarına gündəlik qidalanmada yer verilməlidir: "Eyni zamanda mövsümi meyvə-tərəvəzlərdən istifadə etməklə də vitamin və mineral balansını qorumuş olarıq. Quru meyvələr, çərəzlər də vacib qida məsullarıdır və əsasən günün birinci yarısında qəbuledilməsi məqsədəuyğundur.

Qış mövsümündə insanlar su qəbulunu unudurlar və bəzi insanlar soyuq havalarda ümumiyyətlə su içmirlər. Belə olan halda insan orqanizmində yığılan toksinlər düzgün şəkildə xaric olunmur və daxili orqanların funksiyası pozulur. Bu baxımdan yaxşı olar ki, qış mövsümündə də su qəbulu unudulmasın.

İsti içkilər sırasında isə içkilər xüsusi yer tutmalıdır. Burada da qara çay, yaşıl çay, cökə və nanə çaylarından istifadə edilə bilər. Bu çaylar insan orqanizminin güclənməsində mühüm yer tutur. Bəzi bitkilər isə insan orqanizmində yan təsirlər də törədə bilər. Bu səbəbdən də bitki çayları içərkən diqqətli olmaq lazımdır".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə