Fevralda 57 dövlət əmlakı hərraca çıxarılır

Fevralda 57 dövlət əmlakı hərraca çıxarılır

Cari ilin fevral ayındakı növbəti hərraclara 57 əmlak çıxarılıb. SİA Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, fevralın 2-də təşkil olunacaq hərraca Azərbaycan Beynəlxalq Bankına məxsus 6 əmlak çıxarılıb. Bunlardan 1-i mənzil, 2-si torpaq sahəsi, 3-ü isə qeyri-yaşayış sahəsidir.

Fevralın 6-da keçiriləcək hərraca isə 2 avadanlıq, 49 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin istehsal tarixi 1992-2014-cü illər arasında, start qiyməti 675-22.000 manat arasında dəyişir.

Bütün xəbərlər Facebook səhifəmizdə