“Elektrik enerjisi qeyri-neft sektorunda vacib yer tutur” - DEPUTAT DANIŞDI

“Elektrik enerjisi qeyri-neft sektorunda vacib yer tutur” - DEPUTAT DANIŞDI

“2023-cü ilin yekunlarına əsasən Azərbaycanda elektrik enerjisi istehsalında artımlar davam edib”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

Deputat bildirib ki, 1 faizlik artım qeydə alınsa belə, günəş enerjisi istehsalında 30.3 faiz artım müşahidə olunub: “Bu isə ondan xəbər verir ki, alternativ mənbələrdən əldə edilən enerjinin ümumi istehsalda payında artımlar olub.

Elektrik enerjisi qeyri-neft sektorunda olduqca vacib yer tutur. Çünki qeyri-neft sektorunda elektrik enerjisinə olan tələbin ödənilməsi əsas prioritetlərdəndir. Növbəti illərdə də bu tələbin artacağı gözlənilir. Bu səbəbdən də elektrik enerjisi istehsalının artırılması bütövlükdə qeyri-neft sektorunun inkişafı üçün və sahibkarların bu istiqamətdəki tələblərinin ödənilməsi baxımdan imkanlar yaradır. Həmçinin ixrac qabiliyyətimizin genişləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir”.

Bütün xəbərlər Facebook səhifəmizdə