“Qızıl hasilatında artım müşahidə olunur” - DEPUTAT ŞƏRH ETDİ

“Qızıl hasilatında artım müşahidə olunur” - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycanda qızıl hasilatı sənayesi yeni formalaşan və qurulan sektorlardandır. Baxmayaraq ki, keçmiş SSRİ dövründə Kəlbəcər və Zəngilanda olan qızıl yataqlarımız kifayət qədər məşhur olub. Amma 30 illik erməni işğalı zamanı həmin yataqlar qanunsuz şəkildə Ermənistan tərəfindən praktik olaraq talanıb”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

Deputat bildirib ki, artıq torpaqlarımız azaddır və bütün qızıl yataqları Azərbaycanın ərazilərində və onun suveren hüquqlarındadır: “Bu da qızıl sənayesinin inkişafı üçün yeni imkanların yarandığını deməyə əsas verir və qızıl hasilatında artım müşahidə olunur.

Qanunvericilikdə qızıl hasilatı ilə bağlı güzəştlərin tətbiq edilməsi bu istiqamətdə fəaliyyətin genişlənməsinə imkan verəcək. Digər tərəfdən isə vacib məqamlardan biri qızılın strateji ehtiyyat olaraq saxlanması və bununla da Azərbaycanın strateji imkanlarının artırılması ilə əlaqədardır. Bu səbəbdən də ölkəmizdə qızıl sənayesinin genişlənməsi və inkişaf etməsi həm strateji ehtiyyatlarımızın artmasına, həm də sektorun rentabelliyinin güclənməsinə gətirib çıxarır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə