Bərpa olunan enerji layihələrinin investisiya imkanları müzakirə edilib
Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) Dünya Bankı ilə Azərbaycanda bərpa olunan enerji ilə bağlı yeni layihələr üzrə investisiya imkanlarını müzakirə edib. SİA-nın Agentliyə istinadən verdiyi məlumata görə, bu barədə EMTA-nın İdarə Heyətinin sədri Samir Axundovun Dünya Bankının enerji məsələləri üzrə baş mütəxəssisi Rojer Koma Kunilin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə bildirilib.
Görüş zamanı Agentliyin fəaliyyəti, Azərbaycanda energetika sahəsi üzrə mövcud normativ-hüquqi aktlar, eləcə də tarif metodologiyası barədə məlumat verilib.
Eyni zamanda, görüşdə sözügedən sahədə investisiya imkanları, həmçinin elektrik enerji şəbəkəsinin gücləndirilməsi, Dünya Bankı ilə mümkün əməkdaşlıq məsələləri müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB