“Brent” neftin qiyməti cüzi ARTIB

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin mart müqaviləsinin dəyəri 0,72% artaraq 1 barelə görə 77,35 dollar təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin fevral ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,74% artaraq 71,9 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə