“Yolların yenidən qurulması dövlət başçımızın nəzarətindədir” - MÜNASİBƏT
“Son 20 ildə ölkə başçısının imzaladığı sərəncamlarla ölkəmizdə 18 min kilometrdən çox avtomobil yolları yenidən tikilib istifadəyə verilib”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə də müasir yollar çəkilir və öz doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərin rahat hərəkətinə xidmət edəcəkdir: “Yolların yenidən qurulması dövlət başçımızın nəzarətindədir. Çünki, yol iqtisadiyyat, mədəniyyət, inkişaf və rahatılıq deməkdir. Bu baxımdan Astara rayonunun Düriyyə-Şümrüd avtomobil yolunun əsaslı təmiri ilə bağlı imzalanmış sərəncamının da böyük əhəmiyyəti olduğunu hesab edirəm. Bu yolun yenidən qurulması Düriyyə-Şümrüd kəndlərində yaşayan iki kəndin min nəfər sakini ilə yanaşı o bölgəyə səfər edən hər bir şəxsin rahatlığını təmin edəcəkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB