Satınalmalarda məhdudiyyətlər olacaq - Dövlət Xidməti

Satınalmalarda məhdudiyyətlər olacaq - Dövlət Xidməti

Kotirovka sorğusunda ehtimal olunan məbləğ 30 min manatdan çox olduqda yalnız müəyyən kateqoriyalar iştirak edə biləcək. SİA-nın Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbərinə görə, 2024-cü ilin yanvarın 1-dən etibarən kotirovka sorğusu ilə keçirilən satınalmalarda ehtimal olunan qiymət 30 000 manatadək olduqda yalnız mikro və kiçik sahibkarlıq subyekti olan təchizatçılar, 30 000 manatdan 100 000 manatadək olduqda mikro, kiçik və orta sahibkarlıq subyekti olan təchizatçılar iştirak edə biləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə