ADRA-nın fəaliyyətində süni intellektdən istifadə ediləcək - QURUM RƏSMİSİ AÇIQLADI
"ADRA öz fəaliyyətində bir ilkə imza atacaq". SİA xəbər verir ki, bu sözləri ADRA Aparatının rəhbəri Nahid Qasımov deyib.
"Fəaliyyətimizdə süni intellektdən istifadə olunacaq. Süni intellekt sayəsində reklamların ölçüsü, dövlət rüsumu və yayım haqqı, qeydiyyat rüsumunun olub-olmaması və s. məlumatıar avtomatlaşdırılmış şəkildə müəyyənıəşdiriləcək və yeni yaradılmış mərkəzi sistemə ötürüləcək. Sistemdə məlumatlarda olan uyğunsuzluqlar dərhal təsbit ediləcək və onların aradan qaldırılması ilə bağlı zəruri tədbirlər görüləcək",- deyə o əlavə edib.
N.Qasımov bildirib ki, Agentliyin fəaliyyətində olan daha bir yenilik reklama intellektual nəzarət sisteminin yaradılmasıdır: "Ölkəmizdə bütün sahələrdə olduğu kimi reklam sahəsində də sürətli inkişaf gedir. Hazırda müasir reklam qurğularına daha çox üstünlük verilir. Reklama intellektual nəzarət sistemi həmin bu qurğular üzərində tətbiq ediləcək. Açıq məkanda yayımlanan video-materiallarda informasiya təhlükəsizliyi yüksək diqqət tələb edir. Yeni sostemin yaradılması informasiya təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə