“Azərbaycan regionda enerji təhlükəsizliyinə töhfə verir“ - ŞƏRH EDİLDİ

“Azərbaycan regionda enerji təhlükəsizliyinə töhfə verir“ - ŞƏRH EDİLDİ

“2023-cü ilin yekunları da göstərdi ki, Azərbaycan iqtisadiyyatının stabil inkişafı davam edir. Baxmayaraq ki, bu il əvvəlki illərlə müqayisədə neft və mavi qazın qiyməti nisbətən aşağı oldu”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

Deputat bildirib ki, qeyri-neft sektorunda isə daha çox inkişaf müşahidə edilib: “Bütövlükdə ümumdaxili məsulda da artım tempi qorunub, saxlanıldı. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir elementidir. Dünya iqtisadiyyatında baş verən neqativ təsirlərin minimumlaşdırılması ilə bağlı da fəaliyyətlər həyata keçirilir. Xüsusən istehlak bazarına təsirlərin azaldılması əsas hədəflər sırasındadır. Həmçinin Azərbaycan regionda enerji təhlükəsizliyinə töhfə verir. Bu səbəbdən də ölkəmizin bu istiqamətdəki fəaliyyəti xüsusilə qiymətləndirilməlidir. Azərbaycanın regional layihələr və proqramların reallaşmasına verdiyi töhfə və təsirinin artması da əsas istiqamətlərdəndir. Bu fonda da Azərbaycanın rolu getdikcə artır”.

Bütün xəbərlər Facebook səhifəmizdə