Azərbaycanda fəaliyyət göstərən Türkiyə investisiyalı kommersiya qurumlarının sayı açıqlanıb

Bu ilin dekabrın 1-nə Azərbaycanda 5 678 Türkiyə investisiyalı kommersiya qurumu qeydiyyata alınıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bu gün Bakıda keçirilən "Heydər Əliyev 100 - Bir millət, iki dövlətin iş dünyası" mövzusunda konfransda deyib.

O bildirib ki, onlardan 4 019-u aktiv fəaliyyət göstərir: "Şirkətlər əsasən sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət sektorlarında çalışırlar.

Türkiyədən Azərbaycana birbaşa investisiya axınlarının həcmi 15,2 milyard ABŞ dolları təşkil edir. Bunun 11,7 milyard dolları neft-qaz sektorunun, 3,5 milyard dolları isə qeyri-neft sektorunun payına düşür".

Bütün xəbərlər Facebook səhifəmizdə