Dünya Bankı iqlim dəyişikliyi ilə mübarizə üçün ildə 40 milyard dollardan çox vəsait xərcləməyi planlaşdırır

Dünya Bankı (DB) iqlim dəyişikliyi ilə mübarizə layihələrinə ildə 40 milyard dollardan çox vəsait ayırmağı planlaşdırır ki, bu da bütün gəlirlərin 45%-ni təşkil edəcək. SİA xəbər verir ki, bunu Dünya Bankının rəhbəri Ajay Banqa BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP28) 28-ci Tərəflər Konfransında çıxışı zamanı deyib.

“Bu gün Dünya Bankı 2025-ci ildən etibarən illik maliyyəmizin 45%-ni iqlim dəyişikliyi ilə mübarizəyə sərf etmək kimi iddialı bir məqsəd qoyur. Biz ambisiyalarımızı artırırıq, ona görə də bu məqsədlər üçün ildə 40 milyard dollardan çox vəsait ayıracağıq ki, bu da ilkin hədəfdən təxminən 9 milyard dollar çoxdur”, - Banqa bildirib.

Onun sözlərinə görə, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq İnkişaf Assosiasiyası - təşkilatın əsas kredit qolu və dünyanın ən yoxsul ölkələri üçün fondu iqlim dəyişikliyinin təsirlərini yumşaltmaq və onlara uyğunlaşmaq üçün bərabər şəkildə vəsait ayıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə