İnarə Vəliyeva: İkinci vençur kapital fondu yaradılması istiqamətində işlər görülür

Hazırda biz vençur kapitalı üzərində işləyirik. Ölkəmizdə ikinci vençur kapital fondu yaradılması istiqamətində Azərbaycan hökuməti ilə işlər aparılır. Bizim ölkəmizin ekosistemi yenidir. SİA xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva "InMerge Innovation Summit"də deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda 5 universitetdə İRİA-nın dəstəyi ilə inkubasiya proqramı reallaşdırılır: “Bu il ərzində 45-dən çox startap həmin inkubatorda formalaşıb. Ən öndəkilər akselerasiya proqramına qoşulub”.

İnarə Əliyeva bildirib ki, İRİA olaraq LTC akselerasiya proqramı çərçivəsində 5 startap üçün 30 min dollardan çox investisiya yatırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə