Hansı ipoteka növü daha sərfəlidir? - ƏMLAK EKSPERTİ AYDINLIQ GƏTİRDİ

Hansı ipoteka növü daha sərfəlidir? - ƏMLAK EKSPERTİ AYDINLIQ GƏTİRDİ

“Nağd şəkildə mənzil almaq hər vətəndaş üçün əlçatan deyil. Bununla bağlı zamanla həm dövlətin, həm də özəl sektorun layihələri olub. Böyük tikinti şirkətləri var ki, reklamları gedir, böyük kompleksləri var. Orada ilkin ödəniş 10-20 faiz olur. Qalan məbləğ isə aylara bölünür. Bəziləri var ki, qısa müddətə kreditə verir. Bu zaman mənzillərin aylığı çox yüksək olur. Bəziləri isə normal iptekaya oxşayır, amma onların illik faiz dərəcəsi 10 faizdən yuxarıdır". Bu sözləri SİA-ya əmlak eksperti Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, dövlət ipotekasında isə güzəşli mənzillər 4 faizdən başlayır: "Normal ipoteka isə 7-8 faiz arasında dəyişir. Burada təbii ki, bəzi məqamlar var. Məsələn, bəzi mənzillərin aylıq ödənişi ucuz görsənir, amma burada dəyişən evin kvadratının az olmasıdır. Ümumi sahə az olduqca, ümumi məbləğ azalır və aylıq ödənişlərdə aşağı düşür.

Özəl şirkətlərin satdığı mənzillər var və reklam edirlər ki, “5000 manat verməklə ev sahibi ola bilərsiniz”. Vətəndaşlar ödənişin az olmasını görüb bu mənzillərə üz tutur. Amma bu mənzillərin aylış ödənişi o qədər yüksək olur ki, bir neçə ay ödədikdən sonra vətəndaş bu məbləği ödəyə bilmir”.

Ekspert bildirib ki, özəllər vətəndaşlardan rəsmi iş yeri tələb etmir, amma dövlət ipotekaları və güzəştli mənzillərdə rəsmi iş yeri tələb olunur: “2020-ci ildən Dövlət İpoteka və Zəmanət Fondu Bakı şəhəri üzrə 4 ərazidə, Sumqayıt, Xırdalan və Masazırda satışları başlayıb. Mindən çox vətəndaş bu yolla mənzil əldə edə bilib. Bu layihələr get-gedə sadələşir.

İpoteka və Zəmanət Fondunun təqdim etdiyi kirayə öhdəliyi ilə mənzil satışı digərlərindən daha rahatdır. Yəni, burada illik faiz 4, sığorta haqqı isə tələb olunmur. Digər kreditli satışlarda illik sığorta tələb olunur.

Ən əsas üstünlüyü isə rəsmi iş yerinin tələb olunmamasıdır. Vətəndaş hərhansı kiçik sahibkarlıq, bizneslə məşğuldursa, vergi ödəyicisidirsə, ailə üzvlərindən biri xarici ölkədə çalışırsa və gəlirini rəsmi olaraq göstə bilirsə, həmin inslarada mənzil verilir. İlkin ödəniş isə illik kirayə qiyməti qədər olur. Məsələn, kirayə qiyməti 300 manatdırsa, 3600 manat ilkin ödəniş tələb olunur.

Mənzillərin nəğd satış qiymətləri və aylıq kirayə qiymətləri real bazarda həmin evlərin satış və kirayə qiymətindən nisbətən aşağıdır”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə