“Bir manat sərf edərək, 5 qəpik emissiya etmək məntiqsizdir” - DEPUTAT FİKİR BİLDİRDİ
“Mübadilədə olan əsginasların yenilənməsi normal prosesdir. Bu, bütün dünyada gedir. Dünya praktikasında əsginaslar maksimum 8-12 il istifadə oluna bilər. Təbii ki, bu istifadə şərtlərindən asılıdır. Eyni zamanda, əsginasların dizaynlarında da yenilənmələrin olması nəzərə alınmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Rüfət Quliyev deyib.
Deputat bildirib ki, bizim ən böyük əsginasımız 200 manatdır. 500 manat əsginaslarının çıxarılacağı bildirilsə də, zənnimcə, ölkəmizdə buna ehtiyac yoxdur: “Çünki Azərbaycanda nağdsız ödənişlər daha aktualdır.
Dəmir pullar isə o qədər də təzələnmir. Çünki onların ömrü daha uzundur.
İnflyasiya prosesi getdikdə xırda nominalda olan dəmir pulların istifadədən çıxarılması təbiidir. Hətta bəzi hallarda dəmir pulun emissiyası (istehsalı) mənasız olur. Çünki onun nominal dəyəri sərfəsiz olur. Yəni, bir manat sərf edərək 5 qəpik emissiya etmək məntiqsizdir. Amma zamanla təbii ki, dəmir pulların da yenilənməsinə ehtiyac olur.
İnflyasiyanın sürətlə artması dəmir pulların tədricən istifadədən çıxmasına səbəb olur. Ümumilikdə isə əsginaslar və dəmir pulların yenilənməsi bütün dünyada gedən normal prosesdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB