Bakıda Türk Dünyası II Meteorologiya Forumu keçirilib - YENİLƏNİB-FOTOLAR

Bakıda Türk Dünyası II Meteorologiya Forumu keçirilib - YENİLƏNİB-FOTOLAR

Bu il Azərbaycanda Ulu öndər Heydər Əliyevin 100 illiyinin qeyd olunması çərçivəsində silsilə beynəlxalq tədbirlər keçirilib. Bu tədbirlərdən biri də Türk Dünyası II Meteorologiya Forumudur. SİA xəbər verir ki, forum Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, BMT-nin İnkişaf Proqramının dəstəyi ilə Azərbaycanda iqlim dəyişmələrinə milli uyğunlaşma Planının hazırlanması çərçivəsində keçirilib.

Forumda türkdilli ölkələrin ətraf mühit və iqlim dəyişmələri nazirləri, hidrometeorologiya xidmətlərinin rəbər şəxsləri, dövlət qurumlarının nümayəndələri və ekspertlər iştirak edib.

Forumun keçirilməsində məqsəd iqlim dəyişmələri sahəsində əlaqələndirilmiş fəaliyyətin aparılması, ekstremal hava şəraiti ilə bağlı erkən xəbərdarlıq sisteminin qurulması üzrə təcrübə mübadiləsinin genişləndirilməsidir.

Forumun yekununda qərar qəbul edilib ki, növbəti tədbir Özbəkistanda keçiriləcək.

Xatırladaq ki, 19 fevral 2021-ci il tarixində Türkiyənin Ankara şəhərində Türk Dünyası I Meteorologiya Forumu keçirilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə