"Biznesin müflisləşməsi" İşçi qrupunun iclası keçirilir - YENİLƏNİR - FOTOLAR
“Biznesin müflisləşməsi” indikatoru üzrə biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” İşçi qrupunun iclası keçirilir. SİA xəbər verir ki, tədbirdə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev, Bakı Apellyasiya Məhkəməsinin hakimi, “Biznesin müflisləşməsi” İşçi qrupunun rəhbəri Ramin Qaraqurbanlı, Məhkəmə-Hüquq Şurası, Mərkəzi Bank, Ali Məhkəmə, Vəkillər Kollegiyası, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, Ədliyyə və İqtisadiyyat nazirliklərinin aidiyyəti rəhbər şəxsləri, özəl sektordan “BM Morrison Partners”, “Ekvita” və “Pricewaterhouse” şirkətlərinin nümayəndələri iştirak edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB