“Kibermüharibə” yarışının qalibləri açıqlanır - YENİLƏNİR - FOTOLAR

“Kibermüharibə” yarışının qalibləri açıqlanır - YENİLƏNİR - FOTOLAR

Bu gün "Bakı Konqres Mərkəzi" MMC-də “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) adlı tədbirin sonuncu günü keçirilir. SİA xəbər verir ki, dünən tədbir çərçivəsində Azərbaycanda ilk dəfə kritik informasiya sistemlərində kiberhücumlardan müdafiə qabiliyyətinin və böhran vəziyyətlərində informasiya sistemlərinin idarə edilməsinin inkişaf etdirilməsi məqsədilə “Kibermüharibə” yarışı keçirilmişdi. Belə ki, iştirak edən komandalar kiberhücumların simulyasiyası ilə həyata keçiriləcək yarışda virtual informasiya sistemlərinin təhlükəsizliyini təmin etməli idilər.

Yarışın final mərhələsinə 20 komanda çatıb. Bu gün isə qalib gələn komanda açıqlanır.

Xatırladaq ki, IDC-2023 sahə üzrə yerli və xarici şirkətləri, dövlət və özəl sektorları, tələbə və ekspertləri bir araya toplayıb. Burada “R.I.S.K. Company”, “Cyberpoint”, “paloalto”, “PROSOL”, “Azərconnect”, “A2Z technologies”, “FORTINET”, “AZINTELECOM”, “HUAWEI”, “CYBER ON”, “SECURE FUTURE”, “MOTOROLA SOLUİTONS”, “GESCO ASC”, “NSC network security center”, “infosec”, “beam”, “B&B Security Alliance”, “BRANDDEFENCE”, “MONT”, “Qarabuq”, “Azərbaycan Karmasis”, “İnnovation and Digital Development Agency”, “FORESTALL”, “ESET”, “bakotech”, “Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi”, “Forcepoint”, “Pıcus” kimi şirkətlər və mərkəzlər iştirak ediblər.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə