“Azərbaycan post-sovet məkanında ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən ilk qalib ölkədir”. SİA xəbər verir ki, bu sözləri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi, general leytenant İlqar Musayev "Critical Infrastructure Defence Challenge 2023" tədbirində çıxışı zamanı deyib.
İlqar Musayev sözlərinə belə davam edib: "Bunu həzm edə bilməyən ölkələr digər sahələrdə olduğu kimi informasiya təhlükəsizliyi sahəsində də müəyyən problemlər yaratmağa çalışırlar. Bununla bağlı dövlət başçımız İlham Əliyev ADA Universitetində “Orta Dəhliz boyunca geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda ekspertlərin suallarını cavablandırarkən hətta bizdən çox müasir texnologiyalara malik ölkələrin kiberhücumlara qarşı həssas olduğunu qeyd edərək kibertəhlükəsizliklə ciddi şəkildə məşğul olacağımızı bildirib.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağ müharibəsində inamlı qələbədən və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən sonra Azərbaycanın regionda və dünyada nüfuzu kəskin artıb”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB