Azərbaycan Hindistanla nəqliyyat və turizm əməkdaşlığını genişləndirə bilər
Azərbaycan və Hindistan arasında nəqliyyat və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Hindistanın ticarət və sənaye üzrə dövlət naziri Anupriya Patel ilə ölkələrimizin iqtisadi əlaqələrinin mövcud vəziyyəti, ticarət, nəqliyyat və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi barədə fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.
Hindistanın ticarət və sənaye üzrə dövlət naziri xanım Anupriya Patel (@AnupriyaSPatel) ilə ölkələrimizin #iqtisadi əlaqələrinin mövcud vəziyyəti, #ticarət, nəqliyyat və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı #investisiya-ların təşviqi barədə fikir… pic.twitter.com/SBpZ9OoYps
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 25, 2023
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB