Tikinti xərclərinin azaldılması nə ilə bağlıdır? - MÜNASİBƏT BİLDİRİLDİ
"Dövlət büdcəsindən tikinti və şəhərsalma xərclərinə vəsaitin azalması ola bilər ki, xərclərin digər istiqamətlərə dəyişdirilməsi səbəbilə baş versin". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib.
"Bildiyiniz kimi, işğaldan azad olunmuş bölgələrimizdə böyük tikinti və şəhərsalma işləri həyata keçirilir. Bunun fonunda dövlət büdcəsindən tikinti üçün xərclərin azaldılmasının səbəbləri ilə bağlı fikir söyləmək tezdir. İndiyədək işğaldan azad olunmuş ərazilərimizin quruculuq işlərinə 7 milyard manata yaxın vəsait ayrılıb. Bəlkə də bunun kifayət olduğu nəzərdə tutulub. Böyük ehtimalla növbəti illərdə yenidən bu sahəyə vəsaitin ayrılması planlaşdırılacaq",- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB