2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 521 milyon manatı və yaxud 1,4 %-i sosial müdafiə xərclərinin payına düşəcək.
SİA bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 62,3 % çoxdur.
Sosial müdafiə xərcləri sosial müdafiə və sosial təminat xərclərinin 11,5 %-ni təşkil edəcək.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB