“Azərbaycanın islam ölkələri arasında mövqeyi güclənir” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycanın islam ölkələri arasında mövqeyi güclənir” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

““Yaşıl Keçid və Qarşılıqlı Əlaqəlilik” mövzusu formatında keçirilən iqtisadi əməkdaşlıq təşkilatının xarici işlər nazirlərinin iclası əlbəttə ki, Azərbaycanın islam ölkələri arasında mövqeyini kifayət qədər gücləndirir”. Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Azərbaycanın haqq işinin dünya xalqlarına çatdırılmasında tədbir iştirakçılarının vahid mövqedən çıxış etməsi müsbət haldır: “İşğaldan azad olunmuş ərazilərdə belə bir beynəlxalq konfransın keçirilməsi əhəmiyyətlidir. Ümumiyyətlə, Azərbaycanın belə bir təşkilata ev sahibliyi etməsi və Cənab Prezident İlham Əliyevin “Yaşıl enerji”, “Zəngəzur dəhlizi” və bu kimi məsələlərin regional təhlükəsizliyə xidmət etdiyini vurğulaması Azərbaycanın dünyada nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir. Üzv ölkələr bir daha Azərbaycanın Cənubi Qafqazda əsas söz sahibi olduğunu, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyinin şahidi oldular. Eyni zamanda, konfrans iştirakçıları tarixi, mədəniyyət şəhərinin Ermənistan tərəfindən necə dağıldığını öz gözləri ilə gördülər”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə