“Azəriqaz”ın nümayəndələri Samuxda sahibkarlarla görüşəcək

“Azəriqaz”ın nümayəndələri Samuxda sahibkarlarla görüşəcək

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Samux rayonunda təşkil olunacaq. İB-dən SİA-ya bildirilib ki, aksiya Qarayeri qəsəbəsində (İcra nümayəndəliyinin qarşısında) keçiriləcək. “Səyyar qəbul otağı” oktyabrın 11-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə