Borcalan öldükdən sonra ipoteka ödənişi kimin öhdəliyinə keçir? - İQTİSADÇI AYDINLIQ GƏTİRDİ
"Vərəsələr öhdəliyi tam və ya lazımi səviyyədə icra etməsə, kreditor borcun ipoteka predmetindən tutulması barədə iddia qaldıra bilər. Məsələn, bir şəxsin ipoteka borcu var və dünyasını dəyişib. Həmin şəxsin mülkü, bankda pulu və mirası onun oğlu, arvadı və digər şəxslər arasında bölünüb. Həmin bu miras onun ipoteka borcu olduğu üçün onun ödənilməsinə yönəldiləcək". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Rauf Qarayev deyib.
Onun sözlərinə görə, əgər oğlu, arvadı və digər şəxslər ki, bu ölənin qoyduğu mirasdan mülk, maşın, pul əldə ediblərsə, məhkəmə qaydasında borc qədər onlardan müsadirə olacaq: "Yəni oğlu, arvadı və digər şəxslər desələr ki, mənə qoyulan mirasdan heç nə vermirəm, bu zaman məhkəmə yolu ilə onlardan alınacaq. Ev, maşın varsa, satılacaq və borc ödəniləcək”.
Ekspert sözlərinə davam edərək qeyd edib ki, Azərbaycanda vəfat edən şəxsin ipoteka krediti borcunu vərəsələrinin ödəməsi barədə qərar qəbul edilib: "Bu qərarda söhbət Zəmanət və İpoteka Fondunun iştirakı olmadan banklar tərəfindən verilən kreditlərdə təminat kimi ipotekanın götürülməsindən gedir. Bir şəxs fond vasitəsilə ipoteka götürsə, borcalan da, ipoteka qoyan da özü olur. Bu halda, onun həyatı da sığortalanacaq. Əgər hadisə baş verərsə, kreditə görə ödənişi sığorta şirkəti edəcək".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB