Azərbaycanda bank sektorunun valyuta mövqeyi prudensial tələblər çərçivəsindədir. SİA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi" hesabatında bildirilir.
Sənədə əsasən, bu il iyulun 1-nə sektorun uzun açıq valyuta mövqeyi 170 milyon ABŞ dolları, bank sisteminin açıq valyuta mövqeyinin məcmu kapitala nisbəti isə 5,3 % təşkil edib.
"Sektorun valyuta mövqeyinin prudensial tələblər üzrə təhlükəsiz zonada olması maliyyə sabitliyinin təmin olunması üçün zəruridir", - deyə hesabatda qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə