Texniki avadanlıqları haradan almalı və nəyə diqqət etməli? - İQTİSADÇI FİKİR BİLDİRDİ

“Məişətdə istifadə edilən texniki avadanlıqların rəsmi mağazalardan əldə edilməsi daha məqsəduyğundur. Belə ki, ana şirkət öz rəsmi mağazalarına daha əlverişli şərtlərlə məsul verir. Bu zaman da satış zamanı qiymətlər daha münasib olur. Eyni zamanda məsulun keyfiyyətsiz çıxdığı təqdirdə problemin həll edilməsi üçün müəyyən müddətlik zəmanət verirlər. Amma məsula zəmanət verildikdə də məsulu özlərinin quraşdırmaları kimi şərtləri olur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

Onun sözlərinə görə, rəsmi mağazalarda da təminat verildiyindən keyfiyyətli məsul satılır: “Lakin rəsmi olmayan mağazadan aldıqda adətən təminat verilmir. Burada da üzərində başqa brend qeyd edilir açdıqda tərkibindən başqa brendin məsulu çıxmadığı təqdirdə məsulun keyfiyyətində heç bir problem olmur. Bu zaman istər rəsmi, istərsə də qeyri-rəsmi mağazadan alınan məsulun baza keyfiyyətində problem yaranmır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə