"Yeni qanunvericiliklə bütün bunlar tənzimlənəcək" - MƏMMƏD ABBASBƏYLİ
"Bu gün müxtəlif bazar subyektləri var ki, ya sahibliyi dolayısı ilə eynidir, ya da qohumluq əlaqələri əsasında eyni sahibkarlıq subyektlərini fərqli insanlar idarə edir. Yeni qanunvericiliklə bu, benefisiar nöqteyi-nəzərdən tənzimlənəcək". SİA xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət üzrə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli parlamentdə Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı ictimai dinləmələr zamanı deyib.
Məmməd Abbasbəyli sözlərinə belə davam edib: "Məcəllənin bir bölməsi rəqabət aparmamaq öhdəliyinin qadağan edilməsi ilə bağlıdır. Bu gün bizə müraciət olur ki, rəqib bazardan çəkilməyimizi, iştirak etməməyimizi istəyir. Yeni qanunvericiliklə bütün bunlar tənzimlənəcək.
Yeni qanunda maliyyə sanksiyaları və cərimələrin tətbiqi dövlət büdcəsini doldurmaq məqsədi daşımır. Məqsəd Rəqabət Məcəlləsinin işləməsini tənzimləmək, azad bazar və rəqabət mühitinə mane olan şəxslərin cəzalandırılmasıdır".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB