"Yanvarın 1-dən “Dövlət satınalmaları haqqında” qanun qüvvəyə minir"

"Yanvarın 1-dən “Dövlət satınalmaları haqqında” qanun qüvvəyə minir"

"Növbəti il yanvarın 1-dən “Dövlət satınalmaları haqqında” qanun qüvvəyə minir". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Milli Məclisdə Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı ictimai dinləmələr zamanı deyib.

Tahir Mirkişili sözlərinə belə davam edib: "Tam elektron bir satınalma mühitinin yaranmasını gözləyirik. “Dövlət satınalmaları haqqında” qanun qüvvəyə mindikdən sonra sahibkarların məhz bu istiqamətdə xüsusi rəqabətlə üzləşməsinin qarşısını almaq üçün yeni və mühüm alətlər formalaşacaq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə