"Azeri Light" nefti 100 dollardan yuxarı satılıb

"Azeri Light" nefti 100 dollardan yuxarı satılıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti növbəti dəfə 100 dollardan yuxarı ticarət edilib.
SİA xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0,03 dollar artaraq 100,56 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, "Azeri Light" neftinin qiyməti sentyabrın 15-də 2023-cü ildə ilk dəfə 100 dolları ötüb və 100,53 dollara bərabər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə