Pullu yoldan istifadədə əsas məqsəd mənzil başına tez çatmaqdır - DEPUTAT FİKİR BİLDİRDİ

Pullu yoldan istifadədə əsas məqsəd mənzil başına tez çatmaqdır - DEPUTAT FİKİR BİLDİRDİ

“Hazırda pullu avtomobil yolları dünyanın əksər ölkələrində fəaliyyət göstərir. Burada məqsəd yığılan vəsait hesabına mütəmadi olaraq təmir həyata keçirilməsidir”.

Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.
Millət vəkili bildirib ki, bu həm də həmin sektorda vətəndaşlarımızın əməkhaqlarının artırılmasında müsbət rol oynayacaq:

“Pullu yollarla yanaşı alternativ, keyfiyyəti heç də aşağı olmayan yolun olmasına da ehtiyac olacaq. Pullu yoldan istifadədə əsas məqsəd daha tez mənzil başına çatmaqdır. Alternativ yolların da dünya praktikasına uyğun olaraq keyfiyyətinin qorunub, saxlanması çox vacibdir. Bu istiqamətdə də işlərin genişləndirilməsi və sistemləşdirilməsi həyata keçiriləcək. Bütün hallarda praktikanın uzun müddət inkişaf etmiş ölkələrdə tətbiq edilməsinə baxsaq, bu bütövlükdə nəqliyyat sektorunda yeni yanaşma kimi xarakterizə olunur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə