Türkiyədəki inflyasiya Azərbaycanda qiymətlərə necə təsir edəcək? - İQTİSADÇI AÇIQLADI

Türkiyədəki inflyasiya Azərbaycanda qiymətlərə necə təsir edəcək? - İQTİSADÇI AÇIQLADI

"Türkiyədə inflyasiya tempinin dinamikliyi sözsüz ki, qardaş ölkənin ixrac potensialına da mənfi təsir göstərir. Bu baxımdan ümumiyyətlə, Türkiyənin Mərkəzi Bankı və beynəlxalq maliyyə qurumlarının da qeyd etdiyi kimi, inflyasiyanın ikirəqəmli və böyük həddə davam etməsi nəzərdə tutulur. Çünki hələlik lirənin məzənnəsi sabitləşmir. Bu baxımdan əlbəttə ki, Türkiyədə qiymətlərdə mütəmadi olaraq bahalaşma müşahidə olunur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib.

Onun sözlərinə görə, sözsüz ki, bunun Azərbaycanla idxal-ixrac və qarşılıqlı ticarət əlaqələrinə müəyyən təsiri olur: "Azərbaycana idxal olunan məhsulların 14%-i Türkiyənin payına düşüb. Türkiyə ölkəmizin ikinci ən böyük ticarət tərəfdaşıdır. Türkiyədən Azərbaycana idxal edilən məhsulların qiymətində artım müşahidə edə bilərik. Doğrudur, uzunmüddətli perspektivdə qiymət artımı müşahidə olunacaq, amma qısamüddətli perspektivdə bir o qədər bunu hiss etməyəcəyik. Belə ki insanlar fərdi qaydada müəyyən məhsullar sifariş etsə, daha ucuz başa gələr. Lakin uzunmüddətli perspektivdə Türkiyədəki inflyasiya Azərbaycana idxal olunan məhsulların qiymətinə də təsir edəcək".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə