Payız-qış mövsümünə hazırlıqla əlaqədar Binəqədi rayonu, A.Zeynallı küçəsində üç ədəd siyirtmənin hündürlüyə qaldırılması və Füzuli küçəsində bir ədəd siyirtmənin quraşdırılması ilə əlaqədar sabah saat 10:00-da qaz təchizatı dayandırılacaq. SİA xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri görülən müddətdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi DSK yolu, M.S.Ordubadi, M.Aslanov, M.Füzuli və A.Zeynallı küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB