“Manatın məzənnəsinin dəyişməsi Mərkəzi Bankın mövqeyindən asılı olacaq“ - DEPUTAT DANIŞDI

“Manatın məzənnəsinin dəyişməsi Mərkəzi Bankın mövqeyindən asılı olacaq“ - DEPUTAT DANIŞDI

“Mərkəzi bank hazırda manatla bağlı hər hansı bir təhlükənin olmadığını bəyan edib. Təbii ki, qonşu ölkələrdə milli valyutanın məzənnələrinin ucuzlaşması bütövlükdə qonşu ölkələrin valyuta bazarına təsir göstərir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Mərkəzi Bankın yaydığı məlumata görə, praktik olaraq prosesə nəzarət imkanlarını qoruyub, saxlanılır:
“Hazırda Mərkəzi Bank milli valyutamızın məzənnəsi ilə bağlı hər hansı bir risk görmür. Əlbəttə, növbəti dövrlərdə də manatın məzənnəsinin dəyişməsi Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Amma bunun üçün də ölkəyə daxil olan valyuta həcminin əvvəlki illərdə olduğu kimi mütəmadi olaraq artması olduqca vacibdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə