"Abdülhamid Han" qazma gəmisi qazma işlərinə başlayacaq

"Abdülhamid Han" qazma gəmisi qazma işlərinə başlayacaq

Dənizlərdəki təbii qaz kəşfiyyat və qazma donanmasının ən güclü üzvü "Abdülhamid Han" qazma gəmisi "Akseki-1" quyusunda qazma işlərinə başlayacaq. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Türkiyə Neft Şirkətlərinin (TPAO) əvvəllər "Twitter" kimi tanınan "X" sosial media platformasından edilən paylaşımında "Enerji donanmamızın ən güclü üzvü "Abdülhamit Han" "Akseki"-1-dədir. Gəmi Aralıq dənizindəki yeni hədəfi "Akseki-1" quyusunda qazma işlərinə başlayır" ifadələrindən istifadə edilib.
Paylaşımda o da vurğulanıb ki, “Mavi Vətən”də təbii qaz kəşfiyyatı fəaliyyətləri fasiləsiz davam edir.

Xatırladaq ki, Türkiyənin son illərdə enerji donanmasına daxil etdiyi qazma gəmilərinin ən güclüsü olan "Abdülhamid Han" qazma gəmisi, daha əvvəl Aralıq dənizindəki "Yörükler-1" və "Taşucu-1" quyularında qazma işləri aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə