Yardımlıda kənd təsərrüfatı sahəsi üzrə məhsul istehsal 9,5 faiz artıb

Cari ilin yanvar-iyun aylarında Yardımlı rayonunda kənd təsərrüfatı sahəsi üzrə 21292,7 min manatlıq məhsul istehsal edilib ki, bu da ötən illə müqayisədə faktiki qiymətlərlə 9,5 faiz çoxdur.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə Yardımlı Rayon Statistika İdarəsindən bildirilib.

Qeyd edilib ki, istehsal olunan məhsulun 1499,7 min manatı və ya 7,0 faizi bitkiçilik, 19793,2 min manatı və yaxud 93,0 faizi heyvandarlıq sahəsinin payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul istehsalı bitkiçilik sahəsi üzrə 68,0 faiz, heyvandarlıq sahəsi üzrə 114,7 faiz təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə