"Ölkədə bağlanma riski olan bank yoxdur" - SƏDR DANIŞDI

"Ölkədə bağlanma riski olan bank yoxdur" - SƏDR DANIŞDI

"Hazırda ölkədə ciddi problemi olan bank yoxdur. Bankların əsas maliyyə göstəriciləri kifayət qədər normaldır və ciddi risk yoxdur. Bir bankın bağlanması tendensiya deyil. Bizim əsas məqsədimiz maliyyə sabitliyini təmin etmək, iqtisadi artıma töhfə verməkdir". SİA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinin parametrlərinin müəyyən edilməsi ilə bağlı keçirdiyi mətbuat konfransında sədr Taleh Kazımov deyib.

Sədr qeyd edib ki, maliyyə sabitliyinə xələl gətirəcək maliyyə təşkilatı, bank və ya sığorta şirkəti olarsa onlara əvvəlcə xəbərdarlıq edilir, bu barədə səhmdarlara müraciət edilir: "Nöqsanlar aradan qaldırılmadığı halda onun fəaliyyətinə baxmaq olar".

Bütün xəbərlər Facebook səhifəmizdə