"İşğaldan azad edilmiş ərazilərdə minədək abonent enerji ilə təmin olunub" - Araz Məmmədzadə

"İşğaldan azad edilmiş ərazilərdə minədək abonent enerji ilə təmin olunub" - Araz Məmmədzadə

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində “Azərişıq” ASC-nin artıq 932 abonenti mövcuddur. SİA xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə qurumun bu ilin 6 ayı üzrə görülmüş işlərə dair Hadrutda media nümayəndələri ilə keçirilən görüşdə bildirib.

Onun sözlərinə görə, bunun 279-u qeyri-əhali abonentləridir.

“İşğaldan azad edilən ərazilərdəki abonentlərin hamısı smart sayğaclarla təmin edilib. Növbəti illərdə bu qurumun abonentlərinin sayı daha da artacaq. "Azərişıq" istənilən tələbata uyğun olaraq elektrik enerjisini qarşılamağa hazırdır", - deyə A.Məmmədzadə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə