Kirayə Bağ evlərinin qiyməti niyə "əl yandırır"? - AYDINLIQ GƏTİRİLDİ

Kirayə Bağ evlərinin qiyməti niyə "əl yandırır"? - AYDINLIQ GƏTİRİLDİ

“Təbii ki, bağ evlərinin kirayə qiymətinin həddindən artıq bahalaşması mövsümlə əlaqədardır. Bu da otellərdə qiymətlərin yüksək olması ilə bağlıdır. Ona görə də bağ evlərinin qiymətinə mənfi təsir göstərir. Əlbəttə ki, qiymətin yüksək olması ölkənin turizm sektoruna öz mənfi töhfəsini verir. Belə ki insanlar qiymətin baha olması səbəbiylə daha az səyahət etməyə məcbur olurlar”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib.

Onun sözlərinə görə, bu, daxili turizm sərhədlərini əlçatan etmir: “Yaxşı olar ki, bu qiymətləri optimallaşdırsınlar. Çünki bu, onların müştəri itirməyinə səbəb ola bilər. Təbii ki, qiymətlərin baha olması müştəri sayında azalma müşahidə oluna bilər. Bu da onların gəlirinə mənfi təsir göstərər. Bizim sahibkarlar belə mövsümlərdə qiyməti ucuzlaşdırıb daha çox müştəri cəlb etsə, daha yaxşı olar. Bu halda onlar dövriyyədən daha çox vəsait götürə bilər. Qiymət artımı müştəri itkisinə gətirib çıxaracaq. Onu da qeyd edim ki, quru sərhədlərin bağlı olması ilə əlaqədar daxili turizmdə daha çox canlanma müşahidə olunur. Bu da tələbi artırır. Sözsüz ki, qiymət artımı həmin tələb nəticəsində baş verir”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə