Dünya bazarlarında buğda kəskin bahalaşır - ÇIXIŞ YOLU NƏDİR? - MÜNASİBƏT BİLDİRİLDİ
“Dünya bazarında buğdanın kəskin şəkildə bahalaşmasının bir çox səbəbləri var. Əvvəla Rusiya-Ukrayna müharibəsi burada əsas faktorlardan hesab edilməlidir. Çünki hər iki ölkə taxıl ixrac edir. Müharibə ilə bağlı olaraq problemlərin mövcud olması isə qiymət artımına səbəb olur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, Rusiya taxıl sazişindən çıxması ilə məsələni daha da qəlizləşdirdi: “Rusiyanın sazişdən çıxması birbaşa olaraq yoxsul ölkələrə öz təsirini göstərəcək. Eyni zamanda həmin ölkələrdə vəziyyət aclıq və qıtlıq səviyyəsinə qədər gərginləşə bilər. Hazırda bu istiqamətdə baş verənlər heç ürəkaçan deyil. Buna görə də Rusiyanın sazişə qayıtması və qıtlığın qarşısının alınması üçün tədbirlər görülməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB