"Ölkə rəhbərinin siyasi iradəsi bank sektorunun tənzimlənməsinə kömək etdi" - Zahid Oruc
"2014-cü ilin ikinci yarısında dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına, onun tərkib hissəsi olan maliyyə-bank sisteminə mənfi təsir etdi. Devalvasiya-manatın xarici valyutalar qarşısında dəyər itirməsi vətəndaşlarımızın banklarla münasibətlərində gərginlik yaratdı. Xüsusilə də əmanətlərin banklardan geri çəkilməsi qarşısında 2016-cı ildə "Əmanətlərin tam sığortalanması haqqında" qanunun qəbulu maliyyə sabitliyinin və dayanıqlığının əldə olunmasına kömək etdi və institusional-hüquqi islahatlara təkan verdi". SİA xəbər verir ki, bu sözləri STM sədri Zahid Oruc “Bank mübahisələrinin uğurlu həlli yolları ” mövzusunda keçirilən elmi-praktik konfransda deyib.
O bildirib ki, ölkə rəhbərinin siyasi iradəsi və prosesə müdaxiləsi son nəticədə, bank sektorunun tənzimlənməsinə dair mövcud qanunvericiliyə- "Bankın kapitalının və onun adekvatlılığının hesablanması Qaydaları"na və "Bir borcalan və ya bir-biri ilə bağlı borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi Qaydaları"na mühüm dəyişikliklərə, biznes kreditləri üzrə risk dərəcələrinin aşağı salınmasına, artan istehlak borclarının qarşısının alınmasına və hüquqlarının qorunmasına, klassik maliyyə alətləri ilə yanaşı, bazarda təklif olunan müxtəlif alternativ maliyyə alətlərinin meydana çıxmasına səbəb oldu".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB