MİDA-nın onlayn mənzil satışında şəffaflıq olacaqmı? - DEPUTAT DANIŞDI

MİDA-nın onlayn mənzil satışında şəffaflıq olacaqmı? - DEPUTAT DANIŞDI

“MİDA tərəfindən təklif edilən məhsullar elektron formada satılır və artıq uzun müddətdir ki, elektron satış mexanizmindən istifadə edir. Vətəndaşlarımız birbaşa internet üzərindən məhz mənzili seçib və müraciət etmək hüuquna malikdirlər”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı, deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, MİDA-nın təklif etdiyi mənzillər aztəminatlı, daha çox sosial təminata ehtiyacı olan vətəndaşlarımız üçün nəzərdə tutulub və daha çox sosial evlər sayılır: “Bu baxımdan həyata keçirilən kifayət qədər əhəmiyyətli bir layihədir. MİDA tərəfindən həm əvvəllər satışı təklif olunmuş, həm də iyunun 29-u tarixində nəzərdə tutulan satışda şəffaflığın gözlənilməsi əsas prinsipdir”.

Deputat sözlərinə davam edərək bildirib ki, ona görə də iyunun 29-da da satış elektron olacaq və şəffaflıq gözləniləcək: “Vətəndaşlarımız elektron şəkildə müraciət edərək mənzilə sahib ola bilərlər. Xüsusi qeyd etmək lazımdır ki, bu mənzillərin xərci azdır, bu səbəbdən də ucuzdur. Sosial, güzəştli ipoteka almaq hüququ olan vətəndaşlarımız iyunun 29-da müraciət edərək şəffaf şəkildə həmin mənzillərə sahib ola bilərlər”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə