"Quru sərhədlərin açılması olduqca vacibdir" - EKSPERTDƏN AÇIQLAMA
"Sərhədlərin açılması düşünürəm ki, Azərbaycanda pandemiyanın bitdiyi elan olunandan sonra gerçəkləşəcək".
Bu sözləri SİA-ya verdiyi açıqlamada iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.
O, qeyd edir ki, hazırda problem təkcə pandemiya ilə əlaqəli deyil: "Burada digər strateji səbəblər var. Ona görə də hazırda quru sərhədlər bağlıdır. Düşünürəm ki, turizmin inkişafı üçün quru sərhədlərin açılması olduqca vacibdir. Bunun iqtisadiyyata da böyük təsiri var. Sərhədlərin bağlı olması yuxarıda sadalananlarla yanaşı ölkənin inteqrasiya prosesini də zəiflədir".
Fazil Mehdixanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB