“Neft qüdrətli lideri olan ölkəyə aid olduqda xalqa fayda gətirir” - İsa Həbibbəyli

“Neft qüdrətli lideri olan ölkəyə aid olduqda xalqa fayda gətirir” - İsa Həbibbəyli

“Neft iqtisadi sərvət olmaqla yanaşı, həm də uğrunda mübarizə aparılan böyük, bəşəri və ciddi problemdir. Neft qüdrətli lideri olan ölkəyə aid olduqda xalqa fayda gətirir”. SİA xəbər verir ki, bu sözləri Ulu Öndərin 100 illiyinə həsr olunmuş “İqlim dəyişməsi və davamlı torpaq idarəetməsi” mövzusunda beynəlxalq konqresdə çıxışı zamanı AMEA-nın prezidenti İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqının bəxti gətirib: “Böyük neft-qaz sərvətlərinə malik olan Azərbaycan respublikasında neft faktorunun xalqın milli mənafeyinə, ölkənin dövlətçilik siyasətinə verdiyi töhfələrin kökündə Ulu Öndərin apardığı siyasət durur. 21-ci əsrdə isə yeni bir problem ortaya çıxmışdır. Artıq dünyada yavaş-yavaş su problemi neft problemi ilə yanaşı gedir. Hətta su ilə bağlı problemlər neft məsələsini üstələyir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə